image-rt-reklam
image-moskvabackend

Əliyevin Paşinyanla görüşdən imtina etməsinə Moskvadan reaksiya

image-728x90

Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsi rəsmi Bakının suveren hüququdur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Nikol Paşinyan, Emmanuel Makron, Şarl Mişel və Olaf Şoltsun iştirakı ilə keçiriləcək görüşdən imtina edib.

Ehtimal olunur ki, bu qərara səbəb Fransanın Qarabağ məsələsində destruktiv mövqeyidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90