image-rt-reklam
image-miselbackend

Əliyev İspaniyada Paşinyanla görüşəcək? – Şarl Mişel hələ də çalışır ki…

image-728x90

Avropa Şurasının rəhbəri Şarl Mişel hələ də oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.

Ulusal.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, o, jurnalistlərin Aİ-nin iki lider arasında görüş təşkil edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Diplomatın sözlərinə görə, Aİ “aralarında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “iki üstəgəl üç” formatında görüş təşkil etməyə çalışır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90