Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir.
Ulusal.az xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.
Əlibala Məhərrəmzadə avqustun 25-də Qubanın ucqar dağlıq kəndlərində olan seçicilərlə görüş keçirib.
Rayon mərkəzindən 70 kilometr uzaqlıqda dağlar qoynunda yerləşən bu kəndlərə səfər edən Əlibala Məhərrəmzadə onların sosial qayğıları ilə maraqlanıb. İlk görüş Rük kəndində baş tutub. Daha sonra Qarxun kəndində əhali ilə görüş keçirən Əlibala Məhərrəmzadə onların da sosial qayğıları ilə maraqlanıb.
Günün ikinci yarısında Əlibala Məhərrəmzadə Adur kəndində əhali ilə görüş keçirib. Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının platforması haqqında məlumat verib, görüləcək işlər barədə danışıb. Əlibala Məhərrəmzadə problemlərin həlli yolunda birgə işlər görəcəklərini önə çəkərək, yolların da əsaslı təmiri üçün müfaviq inistansiyalara müraciət edəcəyini bildirib.
Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadə daha sonra Söhüb kəndində əhali ilə görüş keçirib. Seçicilərinin problemləri ilə maraqlanıb. Bu görüşlərdə Əlibala Məhərrəmzadə ilə yanaşı Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının sədri Fidan Hüseynova, Yeni Azərbaycan Partiyasının Quba rayon qərargahının üzvü, ziyalı Laçın Səfərəliyev də iştirak edib. Əlibala Məhərrəmzadə sosial lahiyələrin həyata keçirilməsi, problemlərinin həll olunması üçün bütün seçiciləri 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.