image-2000x150
image-1-41backend

Əli Xamineyi: “İran dövlətini ərdəbillilər qurub”

image-728x90

İranın dini lideri Əli Xamineyi dünən “Ərdəbil Şəhidləri Zirvəsi” adlı tədbirdə şəhər sakinlərinin bir qrupu ilə görüşüb.Ulusal.az xəbər verir ki, molla rejiminin rəhbəri həmin tədbirdəki çıxışında Ərdəbil əhalisini tərifləyib, onları İran dövlətinin qurucusu adlandırıb.

Xamineyi çıxışında deyib: “Ərdəbil camaatı İran tarixində böyük işlər görüblər. Milli iş ölkənin bütövlüyü idi. Bu gün İranda gördüyünüz bu birlik Səfəvilərin işidir və Ərdəbildən başladı. Dini iş isə Əhli-beyt məzhəbini bütün İrana yaymaq idi. Səfəvi hökuməti qurulmazdan əvvəl İran ölkəsi hər küncdə bir tayfanın əlində idi. Səfəvilər Ərdəbildən qalxaraq bu ölkəni birləşdirdilər. Ona görə də bu gün görülən bu milli və tarixi işlərə görə ölkəmizin birliyini Ərdəbilə borcluyuq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90