image-rt-reklam
image-1backend

Əli Laricani İran prezidentliyinə namizədliyini irəli sürdü

image-728x90

İran parlamentinin keçmiş sədri Əli Laricani də cümə günü İslam Respublikasında iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün sənədlərini təqdim edib.

İranın Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib ki, indiyədək Məhəmmədrza Sabaqian, Mustafa Kavakebian, Abbas Müqtədai, Qüdrət Əli Haşimtian, Səid Cəlili və Əli Laricaninin sənədləri təqdim olunub.

Dünəndən etibarən Tehranda Daxili İşlər Nazirliyi qarşıdan gələn növbədənkənar seçkilərə namizədlərdən sənəd qəbuluna başlayıb.

Namizədlərin irəli sürülməsi prosesi iyunun 3-dək davam edəcək. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində araşdırma aparacaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90