image-rt-reklam
image-988b158442d68ab40e2729319275e2631667655242_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpg-780x450backend

Əli İnsanovun partiyası dağılır: HƏP-də istefalar başladı

image-728x90

Sabiq səhiyyə naziri, HƏP partiyasının sədri Əli İnsanovun təşkilatında təlatümlər başlayıb.

Belə ki, təşkilatın idarə heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində partiyadan getdiyini və özü ilə bərabər HƏP-in Culfa, Abşeron təşkilatlarından yüzlərlə üzvünün çıxmasını bəyan edib.
Onun istefa bəyanatı milli azadlıq hərəkatının lideri Elçibəyin portretinin fonunda özünün fotosunu ilə müşayiət olunub.
Sitat: “Dəyərli dostlar, uzun zamandır mənim üçün çətin olan bir seçim qarşısında qalmışdım. Nəhayət ki, secimimi edərək yaranmasının ilk günündən canla – başla əmək verdiyim HƏP-in İdarə Heyətinin üzvlüyündən, HƏP Abşeron rayon təşkilatının sədirliyindən, o cümlədən HƏP-in üzvülüyündən ayrılıram. Səbəb siyasi baxışlarımızın fərqliliyidir”.
Daha sonra Murad Bayramoğlu tərəfdarlarının da bu partiyanı tərk etdiyini yazır.
Sitat: “HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) 06.07.2023 -cü il tarixdə, Culfa rayon təşkilatının 120 üzvü – (toplam 572 üzv) imzalarını geri götürməklə, partiyadan istefa verib. Hər birinə mənə dəyər verdikləri üçün minnətdaram, uğurlar arzulayıram”.
Haqq Ədalət Partiyası M.Bayramoğlunun istefasını təsdiqləyib. Partiyanın yaydığı kiçik məlumatda biıdirilir:
“2023-cü il iyulun 6-da Haqq Ədalət Partiyasının İdarə Heyəti Bayramoğlu Muradı öz razılığı ilə partiya sıralarından xaric etmişdir”.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda 31 partiya özünü buraxdığını elan edib. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini 11 iyula qədər Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda onların da fəaliyyəti qanunsuz sayılacaq. HƏP-dəki bu istefalar İnsanovun təşkilatının qeydiyyatına problem yarada bilər.(qaynarinfo)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90