“Türkiyəyə köçməyim barədə yazılanlar yalandır. Hazırda Bakıdayam”.
Bu sözləri Teleqraf-a açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra Türkiyəyə köçməsi barədə yayılan xəbərlərə münasibət bildirirkən deyib.
O, vətənə xəyanətdə ittiham olunan R.Mehdiyev barədə ev həbsi qərarı veriləndən sonra baş verən proseslər barədə şərh vermək istəmədiyini bildirib: “Kifayət qədər münasibət bildirmişəm, daha danışmaq istəmirəm”.
Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.























