image-rt-reklam
image-1backend

Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – Rəqəmlər

image-728x90

“Unibank”ın əsas səhmdarı Eldar Qəribovun bankdan qazancı məlum olub.

Ulusal.az xəbər verir ki, bank səhmdarlarına 2024-cü il üzrə ümumilikdə 4 milyon 65 min manat məbləğində dividend ödəyib.

Bankın səhmlərinin 94,08%-i Eldar Qəribova aid olduğu üçün dividendin də böyük hissəsi onun payına düşüb. Belə ki, bank sahibi 2024-cü ildə 3 milyon 824 min manat dividend əldə edib. Bankın digər səhmdarlarına dividenddən cəmi 241 min manat pay düşüb.

Xatırladaq ki, “Unibank” 2024-cü ili 16,6 milyon manat xalis mənfəətlə bitirib. Bu isə əvvəlki ilə nisbətən 2 dəfəyə yaxın azalma deməkdir. 2023-cü ildə bank 31,1 milyon manat xalis mənfəət açıqlamışdı.“Yeni Sabah”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90