İsveçrəyə işgüzar səfəri çərçivəsində Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin (GCSP) Vasitəçilik və Sülhə Dəstək Qrupunun direktoru Pol Dziatkoviç ilə keçirdiyi görüşdə Mərkəzin regionda post-münaqişə sülh quruculuğu fəaliyyətinə verə biləcək dəstək mexanizmləri haqqında fikir mübadiləsi aparmışdır. Söhbət əsnasında son iki ildə Mərkəzin dəstəyi ilə Azərbaycan və Ermənistan beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayandəlırinin iştirakı ilə aparılan humanitar dialoq yüksək qiymətləndirilmiş, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə tədbirlərdə iştirakı və qarşılıqlı səfərləri, iqtisadi ekspertlərin birgə hazırladığı sülhün iqtisadi üstünlüklərinə dair hesabatlar Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasında əhəmiyyəti və bu fəaliyyətin davam etdieilməsinin vacibliyi vurğulanmışdır.
Səfər çərçivəsində Elçin Əmirbəyov həmçinin Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsində akreditə olunmuş jurnalistlər üçün mətbuat brifinqi keçirmişdir. Brifinq zamanı Prezidentinin nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesinin indiki durumu və perspektivləri, regionda sülhün və inkişafının möhkəmləndirilməsi istiqamətində Azərbayacan tərəfindən atılan addımlar, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndiriləmisən yönələn dialoq, Azərbaycanın üzləşdiyi mina problemi və işğal zamanı dağıdılmış mədəni irsimiz, Orta Dəhlizinin genişləndirilməsi üçün Cənubi Qafqazda nəqliyyat bağlantılarının açılmasının əhəmiyyəti kimi məsələlərə dair jurnalistlərinin çoxsaylı suallarını cavablandırmışdır.























