image-rt-reklam
image-1backend

Elçin Əmirbəyov GICHD direktoru Tobias Privitelli ilə görüşdü

image-728x90

İsveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində burada yerləşən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirmişdir.

Ulusal.az xəbər verir ki, söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanmışdır. Ölkəmizdə mina və partlamamış sursatlar probleminin miqaysı və onun aradan qaldırılması istlqamətində Azərbaycan dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədə həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizin Cenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd etmişdir.

Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış “Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair” Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə etmişdirlər.
Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirdi və onun rəhbərlik etdiyi mərkəzin Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirdi. Bu kontekstdə o, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayaraq, səfər zamanı Azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd etmişdir.
Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini tövsiyyə etmişdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90