image-rt-reklam
image-1backend

Əhaliyə pulsuz “konsert”, yoxsa özbaşınalıq? – Görün restoranlar nə oyundan çıxırlar – VİDEO

image-728x90
Bakıda bir çox restoran müştərilərinə açıq havada xidmət göstərir. Xüsusilə də yay aylarında insanlar restoranların həyətində oturub yeyib-içməyə, əylənməyə üstünlük verirlər. Kafelərdən, şadlıq evlərindən ətrafa yayılan səs-küy isə sakinləri narahat edir. Ancaq nə restoran sahibləri, nə də qonaqlar ətrafda yaşayanları rahatsız etdiklərini düşünür.
Restoranların yaxınlığında yaşayan vətəndaşlar sözügedən problemlə bağlı Publika.az-a görüntülər göndəriblər.
Aşağıdakı videolardan da göründüyü kimi, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi” yaxınlığında yerləşən “El Chacho” restoranında hər gün yüksək səslə musiqi səsləndirilir. Səs o qədər güclüdür ki, parkda, məhəllədə, hətta evdə belə qulaq batır. Həmin restoran sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün nəzərdə tutulan parkın yaxınlığında yerləşir. Restorandan ətrafa yayılan yüksək səs sakinlərin gün sonunda yürüş edib dincəlmək arzusunu ürəklərində qoyur. Səs hətta metronun “Həzi Aslanov” stansiyasının ətrafındakı yaşayış binalarına qədər yayılır.
Digər bir şikayət isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Küncüt” restoranından gəlib. Ərazidə yaşayan sakinlər restorandan gələn səsdən rahatsız olduqlarını, evdə dincələ bilmədiklərini bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan bu video isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində lentə alınıb. “Yeni Günəşlidə fəaliyyət göstərən “Şam İşığı” restoranının yaxınlığında yaşayan sakinlər hər gecəni belə keçirir. Uşaqlarımız yata bilmir”, – paylaşımda qeyd olunub.moderator.az
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90