image-rt-reklam
image-1backend

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ – Yanvar ayının əvvəllərində…

image-728x90

2025-ci ilin yanvar ayında Yerdə bir neçə maqnit qasırğası gözlənilir.

Ulusal.az xəbər verir ki, mütəxəssislərin proqnozlarına görə, ayın ilk yarısında maqnit qasırğalarının intensivliyi daha yüksək olacaq.

Yanvarın 1-dən 3-dək 3-4 bal gücündə maqnit qasırğaları proqnozlaşdırılır. Ayın 8-dən 10-dək isə 3 bal gücündə maqnit qasırğaları gözlənilir. Yanvarın 11-dən 13-dək 2 bal gücündə, 14-də isə 3 bal gücündə maqnit qasırğası baş verəcəyi ehtimal edilir. Ayın 15-də isə 4 bal gücündə daha güclü maqnit qasırğası proqnozlaşdırılır.

Maqnit qasırğaları meteohəssas insanlarda baş ağrısı, yuxusuzluq, qan təzyiqində dəyişikliklər və ümumi narahatlıq kimi simptomlara səbəb ola bilər. Bu təsirləri azaltmaq üçün sağlam qidalanma, kifayət qədər su qəbul etmək, alkoqol və yağlı qidalardan uzaq durmaq, fiziki aktivliyi artırmaq və qan təzyiqinə nəzarət etmək tövsiyə olunur.

Qeyd edək ki, maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və Yerin maqnitosferinə təsir edir. Bu təbiət hadisələri texnoloji sistemlərə də təsir göstərə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90