image-rt-reklam
image-1backend

Əhalinin neçə faizi İlham Əliyevin idarəçiliyindən məmnundur? – Sorğu

image-728x90

Əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir.

Ulusal.az Report-a istinadən xəbər verir ki, Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll”un təşkili üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul-15 avqust tarixlərində seçkiöncəsi vəziyyətlə əlaqədar yerli respondentlər arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 81 faizi dövlət başçısının idarəçiliyini ciddi şəkildə, 10 faizi nisbətən dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4 faizi suala cavab verməkdə çətinlik çəkib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90