image-2000x150
image-nesib-mehemeliyevjhgbackend

Əfv olunmuş şəxslərin sayına görə Müstəqillik tarixinin ən böyük sərəncamı-DEPUTAT

image-728x90

“Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı ümumilikdə 801 nəfər məhkumun həyatında özünü göstərəcəkdir. Onlardan 463-ü azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs, azadlıqdan məhfumetmənin çəkilməmiş hissəsinin yarısından, 118-i isə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilmişdir. Əhv olunmuş şəxslərin sayına görə Müstəqillik tarixinin ən böyük sərəncamı olması, müasir Azərbaycanın qurucusu, memarı, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə, 100 illik yubileyi ilə bağlı olmasıdır”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Cənab Prezidentin məlum sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev ili” elan olunmuş və ölkə daxilində və xaricində Ulu Öndərin 100 illiyi geniş, təntənəli şəkildə qeyd olunur:

“Bu sərəncam bir daha göstərdi ki, bütün sahələrdə olduğu kimi, cəmiyyətin humanistləşməsində də Ulu Öndərin qoyduğu irs davam etdirilir. Cənab Prezident, nə vaxtsa, qanunları pozmaqla, cinayət törətmiş insanları əhv etməklə, humanizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Bu sırada, bəzi yerli hüquq təşkilatlarının “siyasi məhbus” adlandırdığı şəxslərin olması isə, ölkə Başçısının vətəndaşlar arasında ayrı-seçkiliyə yol vermədiyinin göstəricisidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90