image-2000x150
image-ilham_elibackend

Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu

image-728x90

Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bir sıra əsas məsələlərə toxunub.Azərbaycan xalqı, eləcədə bütün bəşər üçün vacib olan Qarabağ məsələsi barədə mövzu açmamaq mümkünsüz idi. Cənab Prezident İlham Əliyev çıxışı zamanı “Qarabağ münaqişəsini sülhlə həll olunmasının istənildiyini, lakin başqa əlac olmadığinı bildirmişdir”. Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması barədə danışırdıq və bu barədə danışmağa dəvam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olunmasını istəyirdik. Əslində bildiyimiz kimi bu məsələni 1992-ci ilin martın 24-də yaranmış ATƏT Minsk (ABŞ, Fransa, Rusiya) qrupu həll etməli idi. 28 il mövcud olan Mİnsk qrupunun bu illər ərzində fəaliyyətinə baxdıqda heç bir işin görülmədiyini asanlıqla müşaidə etmək olar. Keçmişə nəzər salaraq və bu kimi faktlara əsaslanaraq demək olar ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçının Ermənistan hökümətinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökümətlərin qeyri-konsturuktiv mövqeyi idi. Dünyanın aparıcı dövlətlərindən (yəni ABŞ, Fransa, Rusiya) bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Biz bununla razılaşa bilərik, bəs alternativ nədən ibarətdir. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil. Biz bir halda hərbi yolla həllin olmadığı ilə razılaşa bilərikdik ki, Minsk qrupu həmsədrləri, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan işğalçı qüvvələrini bizim torpaqlarımızdan geri çəkilməyə məcbur edərdilər. Lakin, yənə də, hamının bildiyi kimi heç bir tətbir görülmədi. Buna cavab olaraq 2020-ci ildə bir daha ciddi xəbərdarlıq, Ermənistan hökümətinə cənab Prezident İlham Əliyev tərəfindən bildirildi. Onların icazəsiz bizim dinc sakinlərimizi atəşə tutmaqları, durmaq bilməyən roket atəşləri artıq Azərbaycan dövlətinin və xalqının “səbir kasasını” çartlatmışdı. Ona görədə “dəmir yumruq” hərəkatı Prezident tərəfindən aktivləşdirildi və məsələ kökdən həll olundu.Təkrar deyildiyi kimi bu Azərbaycan dövlətinin son xəbardarlığı idi. Ömər Xəyyamın dediyi kimi “Hər yolun bir sonu var”.
Murad Bayramov,
Nəsimi rayon könüllüsü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90