Kabildə qadınların kütləvi həbsi ali liderin göstərişi ilə həyata keçirilib
Əfqanıstanın ali lideri Haybətullah Axundzadənin göstərişi ilə Kabildə gənc qadın və qızların kütləvi həbsləri gerçəkləşib. Bu barədə “Afghanistan International” məlumat yayıb.
Bildirilir ki, əməliyyata Axundzadəyə yaxınlığı ilə tanınan Qəndəhar qubernatoru Molla Şirin rəhbərlik edir. O, təxminən 10 gün əvvəl əxlaq kodeksinin icrasına nəzarət məqsədilə Kabilə göndərilib. Ardınca bir neçə rəsmi qurumun iştirakı ilə paytaxtda qadınlara ciddi geyim qaydalarının tətbiqi müzakirə edilib./Yenisabah.az