image-2000x150
image-666backend

Eduard Şarmazanovdan şok açıqlama:“Nikol Paşinyan noyabrın 8-də bunkerdə gizlənmişdi”  

image-728x90

“Mən dəfələrlə demişəm ki, Ermənistan xarici siyasətini Moskvaya yönəltməlidir. Eyni zamanda Tehran və Pekinlə münasibətləri inkişaf etdirməli, lakin əsas strateji müttəfiq Moskva olaraq qalmalıdır. ” – Ulusal.az xəbər verir ki, bunu Ermənistanın Respublika partiyasının funksioneri Eduard Şarmazanov bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskvaya alternativ Ankaradır və bu, faktdır.

“Baxmayın ki, bu gün Moskva ilə Ankara arasında müəyyən münasibətlər var, amma bu münasibətlərdən daha çox ziddiyyətlər var. Niyə Rusiyanı Nikolun ona xəyanət etməsində və ya bu gün Nikolun hakimiyyətdə olmasında günahkar deyil? Noyabrın 9-dan sonra Nikol Paşinyan sırf rəsmi Moskvanın lütfü nəticəsində hakimiyyətdə qaldı. O, bunkerdə gizlənirdi. Nikol yenidən baş nazir seçilib Moskvaya gedəndə Putin onu təbrik etmədi, bircə söz dedi: “Ümid edirəm ki, seçkidən sonra sən artıq legitimsən və verdiyin sözü yerinə yetirəcəksən”. Amma bu vəd təkcə kağız üzərində deyil. Şifahi olaraq nə vəd etdiyini bilmirəm. İstisna etmirəm ki, həm Putin Əliyevə çox söz verib, həm də Mişel və Ərdoğan. O adamın siyasəti sağçıdır.”- deyə Eduard Şarmazanov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90