image-2000x150
image-1-40-780x470backend

Ədliyyə Nazirliyi iki partiyanı qeydiyyata aldı

image-728x90

Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb. Ulusal.az xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat yayıb.

O yazıb ki, nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.

ƏN həmçinin bu gün qeydiyyata aldığı ikinci partiyanın da adını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bildirilib ki, bu gün Ədliyyə Nazirliyi tərəfindən VHP-nin üzvlərinin reysteri təsdiqlənib: “Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.

Qeyd edək ki, ƏN hər iki partiyanın üzv siyahısında qüsurlar aşkar edərək, bir ay içində onların düzəldilərək yenidən göndərilməsini bildirmişdi.

Xatırladaq ki, qeydiyyata alınacaq partiyaların sırasında müxalifəti təmsil edən AXCP, REAL və Müsavat da var. Nazirlik onlarla bağlı qərarını hələki açıqlamayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90