44 günlük Vətən savaşından sonra İran Azərbaycana qarşı aqressiv davranmağa başladı Rəsmi Tehran Bakını bir çox məsələlərdə suçlayırdı. Əslində baş verənlər onu deməyə əsas verirdi ki, İran Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsinə sevinmir. Bu İranın iç üzünü bir daha bəyan edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Şuşadan Ermənistan dəstək verən və Azərbaycanla sərhəddə hərbi təlimlər keçən İrana üstüörtülü şəkildə sərt mesaj göndərdi. Rəsmi Tehran Ali Baş Komandan İlham Əliyevin bu açıqlamaına cavab verməyib. Vətəninfo.az bu məsələni diqqətdə saxlayaraq hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib. Hərbi ekspert hesab edir ki. İran özünün siyasətində dəyişiklik etməlidir. “Fars rejimi Ermənistanı dəstəkləməkdə davam edir. Bu çirkin və iyrənc bir siyasətdir.”
“İran ilk dəfə deyil ki, Azərbaycana xəyanət edir. Vətən müharibəsindən sonrakı dövrdə İran rəsmiləri Azərbaycana qarşı iddialar səsləndirirdi. İranın Azərbaycanla dövlət sərhədində məhz Vətən müharibəsindən sonra hərbi təlimlər keçirməsi, bizi qəti narahat etmir. Azərbaycan ordusunun imkanları, potensialı İranın istənilən fəaliyyətlərinin,İran tərəfindən yaradılan təhdidlərin qarşısının alınması üçün kifayyət qədər yetərlidir. Yaxın perespektivdə mən Tehranın fəaliyiyyətlərində bir dəyişiklik olacağın gözləmirəm. Amma İranın daxilində bu gün baş verən proseslər,ümumilikdə İranın gələcəyinin başqa bir istiqamətdə inkişaf edəcəyini ehtimal etməyə əsas verir. Bu gün 35 milyon azərbaycanlının yaşadığı İranda işğalçı bir ölkənin konsulluq açmaq istəyi, Azərbaycan ərazilərində 60-dan çox məscidi darmadağın edən Ermənistanla İranın eyni yataqda yatması, təbii ki, islam dini dəyərlərinə, ləyaqətə və qonuşuluq münasibətlərinə də ziddir. İranın bu gün həyata keçirdiyi fəaliyyətlər,məhz islam dünyasının parçalanmasına,daha da zəifləməsinə xidmət edən addımdır. Lakin bu addımlar bizi qətiyən narahat eləmir. Bizim potensialımız İrana çox yaxşı məlumdur. Son təlimlərdə İran bir dənə də olsun gecə atışları həyata keçirə bilmədi. Çünki bu İran ordusunda fəlakətli nəticələrə gətirib çıxara bilərdi. Azərbaycan isə buna cavab olaraq kifayət qədər geniş miqyaslı XTQ-in,HHQ-nin və digər qoşun növləri ilə birlikdə geniş miqyaslı,döyüş atışlı, həm də gecə təlimləri həyata keçirməklə İrana ordumuzun real potensialı haqqında növbəti dəfə bir ismarıc göndərdi. “ -deyə Ədalət Verdiyev bildirib.