image-rt-reklam
image-1backend

Əbdülrəşid Sadulayevi Bakıya buraxmadılar

image-728x90

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Əbdülrəşid Sadulayev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə 2024-cü ildə Parisdə keçiriləcək Oyunlar üçün lisenziya xarakterli turnirdə iştiraka buraxılmayıb.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının (FSBR) mətbuat xidməti məlumat yayıb .

Mesajda bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi növbəti yoxlamadan sonra beynəlxalq yarışlarda iştirakına icazə verilməyən şəxslərin yeni siyahılarını dərc edib. İkiqat Olimpiya çempionu Əbdülrəşid Sadulayev də siyahıda yer alıb.

Lisenziyalı turnir aprelin 5-dən 7-dək Bakıda keçiriləcək.

FSBR prezidenti Mixail Mamiaşvilinin sözlərinə görə , Sadulayev Bakıya uçsa belə, qadağaya görə yarışa buraxılmayacaq.

Qeyd olunur ki, 2021-ci ilin Avropa çempionu Əlixan Cəbrayılov Bakıda çıxış edəcək. Lisenziya qazanmaq üçün güləşçilər finala yüksəlməlidirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90