Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələrini sıradan çıxarmasının görüntüsü yayılıb.
Ulusal.az xəbər verir ki, görüntüdə Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələrinin ordumuz tərəfindən sıradan çıxarılması əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarıldığı barədə məlumat yayıb.