image-rt-reklam
image-1backend

“Durovun həbsinin arxasında ABŞ dayanır”

image-728x90

“Əslində, teleqramın qurucusu Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır”.

“Qafqazinfo” “Russia Today”ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, teleqram ABŞ-nin təsir etmədiyi az sayda platformalardan biridir.

O bildirib ki, prezident seçkiləri ərəfəsində ABŞ-nin hazırkı administrasiyasına teleqramı öz nəzarəti altına almaq vacibdir.

Volodin əlavə edib ki, sosial şəbəkələrdə izləmə və senzura Vaşinqtonun idarəetmə və təsir üçün ənənəvi vasitələridir.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90