image-rt-reklam
image-1backend

Dünyəvi gerçəklikləri ifadə edən çıxış

image-728x90

Azərbaycan dünyanın siyasi ehtiramı ilə əhatələnmiş dövlətlərindəndir. Bu gün dünyəvi proseslər Azərbaycnın fəal iştirakı olmadan keçirilmir. Belə ehtiram siyasi nüfuz deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 6-da  “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda iştirak edib. Bu iştirak da Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Azərbaycanın mövqeyini müəyyənləşdirmək istəyinin təzahürüdür. Forumda çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıqdan söz açaraq bildirib ki, müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bu gün Azərbayca İtaliyanın əsas neft və qaz təchizatçısıdır.
Hazırda 10 ölkənin Azərbaycandan qaz aldığına, onlardan 7-sinin Avropa İttifaqının üzvü olduğuna görə Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
İkitərəfli əlaqələrimizin enerji və ticarətlə məhdudlaşmadığını xatırladan dövlət başçımız çıxışında dedi: “Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”.
Son illərin ən böyük siyasi hadisəsi Azərbaycanda baş verdi. Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoydu. Dünyanın iri dövlətləri bu tarixi Zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun gücü kimi qiymətləndirdi. Forumda çıxışında bu tarixi hadisəni də xatırladan Azərbaycan Respublikasının Prezidenti dedi ki, “Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik” fikirləri bəşəriliyin, tolerantlığın təsdiqi kimi dinlənildi.
Görəsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  “Suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq” qətiyyətli fikirlər Forum iştirakçılarına hansı dünyəvi gerçəkliyi xatırlatdı?!..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı təkcə Azərbaycan gerçəkiliklərinin deyil, dünyəvi hadisələri əhatə edən gerçəkliklərin siyasi triumfu oldu…

Səbinə XASAYEVA

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90