“Travel+Leisure” səyahət jurnalının “Dünyanın ən yaxşıları” mükafat proqramında “Avropanın ilk 15 şəhəri” siyahısında İstanbul birinci yeri tutub.
Ulusal.az xəbər verir ki, mərkəzi qərargahı Nyu-Yorkda yerləşən jurnalın oxucuları “Dünyanın ən yaxşıları” proqramı üzrə builki mükafatlara səs veriblər. Proqram çərçivəsində ən populyar hava yolları, hava limanları, otellər, turoperatorlar və şəhərlər səsə qoyulub.
Şəhər mükafatları üçün oxucular “turistik yerlər, görməli yerlər, mədəniyyət, yemək, mehribanlıq, alış-veriş və dəyər” kateqoriyaları üzrə səs veriblər.
İstanbul bu siyahıda orta hesabla “90,23” ilə “Avropanın ən yaxşı 15 şəhəri” siyahısında birinci seçilib.
“Bu qədər seçimin olduğu çox gözəl şəhər”, “Hər büdcəyə uyğun” kimi şərhlər yazan oxucular da ən sevimli turizm məkanları kimi Kapalıçarşı, Göy Məscid və Boğaziçini qeyd ediblər.
İstanbuldakı “Four Seasons” oteli də oxuculardan tam bal toplayaraq “Dünyanın ən yaxşı oteli” seçilib.
Siyahıda İstanbuldan sonra müvafiq olaraq aşağıdakı şəhərlər yer alıb:
“Florensiya, Roma, Lissabon, Porto, Sevilya, Lyublyana, San Sebastian, Praqa, Barselona, Salzburq, Edinburq, Madrid, Bordo, Vyana”.