image-rt-reklam
image-1backend

Dünyanın ən populyar uçuş istiqamətləri – SİYAHI

image-728x90

Bu il səyahət edənlərin sayı artdıqca, bütün dünyada müxtəlif istiqamətlərə gedən sərnişinlərin sayı da artıb.

Ulusal.az AFAR-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

Qeyd edilib ki, payızda beynəlxalq hava daşımaları pandemiyadan əvvəlki 98,2 faiz səviyyəsinə çatıb.

Məlumatda bildirilib ki, 2023-cü ildə ən işlək beynəlxalq hava marşrutu dörd il əvvəl ikinci yerdə olan 4,9 milyon sərnişinlə Kuala Lumpurdan (Malayziya) Sinqapura (Çanqi) olub.

Ən işlək 10 uçuş istiqaməti aşağıdakılardır:

Kuala Lumpur (Malayziya) – Sinqapur: 4,9 milyon sərnişin;

Qahirə (Misir) – Ciddə (Səudiyyə Ərəbistanı): 4,8 milyon sərnişin;

Honq Konq – Taypey (Tayvan): 4,6 milyon sərnişin;

Seul (Cənubi Koreya) – Osaka (Yaponiya): 4,2 milyon sərnişin;

Seul (Cənubi Koreya) – Tokio (Yaponiya): 4,15 milyon sərnişin;

Dubay (BƏƏ) – Ər-Riyad (Səudiyyə Ərəbistanı): 3,99 milyon sərnişin;

Cakarta (İndoneziya) – Sinqapur: 3,9 milyon sərnişin;

Nyu-York (ABŞ) – London (Böyük Britaniya): 3,88 milyon sərnişin;

Banqkok (Tayland) – Sinqapur: 3,5 milyon sərnişin;

Banqkok (Tayland) – Seul (Cənubi Koreya): 3,4 milyon sərnişin.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90