image-rt-reklam
image-1backend

Dünyanın ən gözəl kəndlərindən biri: Hər kəs ora axın edir – FOTO

image-728x90
Nevşehirin Kapadokya bölgəsində yerləşən Mustafapaşa kəndi tarixi və təbii gözəllikləri ilə diqqət çəkir.

Ulusal.az xəbər verir ki, Türkiyədə hər qarışı tarix dolu olan bu məkan dünyanın ən gözəl kəndlərindən biri sayılır.

Kənd il boyu minlərlə turisti qəbul edir. Ancaq kəndi ziyarət etmək üçün ən yaxşı vaxt yaz və payız aylarıdır.

Bu aylarda hökm sürən mülayim iqlim və unikal mənzərə ziyarətçiləri valeh edir. Xüsusən də hava şarları ilə günəşin doğuşunu seyr etmək xəyalınız varsa, bu fəsillərdə mütləq kəndi ziyarət etməlisiniz.

Kənd tarixi və mədəni sərvətlərlə əhatə olunmuş açıq səma altında muzey ab-havası verir. Kənddəki 93 ev, 30-dan çox kilsə və ibadətgah kimi tarixi binalar səyahətçilərə keçmişi xatırladır.

Kənd bir vaxtlar ekranlarda iz qoymuş “Asmalı Konak” serialının çəkildiyi malikanə ilə məşhurlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90