image-rt-reklam
image-1backend

Dünya turizmində Türkiyə ruzigarı: Qardaş ölkə 26,6 milyard dollar qazanıb

image-728x90

Hər il milyonlarla turist müxtəlif ölkələrə səyahət edir – dəniz kənarında dincəlmək, dünyanın memarlıq abidələrinə baxmaq, başqa xalqların həyat tərzilə tanış olmaq, yeni-yeni yerləri görmək, kəşf etmək üçün. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, ən çox ziyarət edilən ölkələrin reytinqinə Fransa başçılıq edir. Bu reytində qardaş Türkiyə də var.

UNWTO-nun hesabatları 200-dən çox ölkədən daxili, giriş və çıxış turizmi ilə bağlı məlumatlara əsaslanır.

Turizmdə lider dövlətlərin reytinqi girişlərin sayına görə tərtib edilir. UNWTO-nun 2023-cü ilin mart ayına olan 2019-cu il üzrə son hesabatına əsasən, turistlər arasında ən populyar ölkələrin reytinqinin ilk onluğu belədir: Fransa 89.4, İspaniya 83.5, ABŞ 79.3, Çin 65.7, İtaliya 64.5, Türkiyə 51.2, Meksika 45, Tayland 39.8, Almaniya 39.6, Böyük Britaniya 39.4.

Beynəlxalq turizmdən ən çox pul qazanan ölkələr isə bunlardır:

ABŞ – 70,2 milyard dollar;
Fransa – 40,8 mlrd;
İspaniya – 34,5 mlrd;
BƏƏ – 34,4; mlrd
Böyük Britaniya – 33,1 mlrd;
Türkiyə – 26,6 mlrd;
İtaliya – 25,2 mlrd;
Almaniya – 22,2 mlrd;
Meksika – 19,8 mlrd;
Avstraliya – 17 mlrd.

Göründüyü kimi, turizm sektorunun inkişaf etdiyi, turistlər arasında daha popular olan və turizmdən daha çox pul qazanan ölkələrin ilk onluğu çox az dəyişir. Çünki bunların üçü də bir-birinə bağlıdır. Turistlər daha populyar ölkələrə gedirlər, həm də ona görə ki, orada turizm sektoru daha yaxşı inkişaf edib və bu ölkələr mükəmməl infrastruktura malkdirlər. Bu isə turistlərin o ölkələrdə daha çox pul xərcləməsini təmin edir.

Türkiyənin turizm sahəsində sürətli inkişafı göz qabağındadır. Bu ölkənin də qədim və zəngin tarixi, maraqlı muzeyləri, əsrarəngiz coğrafi relyefi, yaxşı infrastrukturu var. Türkiyə son illərdə bu sektora yatırdığı böyük vəsaitlərin qarşılığını almaqda, Avropanın və yaxın ölkələrin vətəndaşlarına yüksək keyfiyyətli xidmət, nisbətən ucuz qiymət təklif etməkdədir. Ona görə də qardaş ölkə turizmdən milyardlarla dollar həcmində pul qazanan ölkəyə çevrilib. Türkiyəyə gələn turistlərin çoxu isti dənizlərdə yay tətili üçün gəlirlər. Üç tərəfi dəniz olan ölkədə çimərlik mövsümünün may ayından oktyabra qədər (ilin yarısı) davam etməsi yay turizmi üçün çox əlverişlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90