image-rt-reklam
image-1backend

“Dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb” – DEPUTAT

image-728x90

AŞPA-da Azərbaycanın iştirakı olmadan, Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir”.

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb:

“Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. Paralel olaraq, ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd, Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda, erməni məsələsinin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Onlar gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda, həmin qüvvələrin nə Azərbaycana, nə də ki, Türkiyəyə təsir imkanları qalmır. Qlobalistlər bundan çox narahatdırlar”.

Deputat vurğulayıb ki, Ermənilər, insan haqqları sadəcə bəhanədir:

“Bakı həbsxanaslndakı separatçılar beynəlxalq Haaqa və Cenevrə konvensiyalarlna görə, konkret ağır cinayətlər törətmiş şəxslərdir. Araik Arutyunyanın Gəncəni və digər şəhərləri gecə vaxtı bombalanması əmrini verdiyi barədə videoyazılar var. Digər separatçılarla bağlı həmçinin. Hər şey şəffafdır. Hesab edirəm ki, onlarla bağlı məhkəmə prosesləri açıq şəkildə aparılmalıdır. Qiyabi də olsa, Xocalıda və digər bölgələrdə qətliam törətmiş Koçaryanlar, Sarkisyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Eybi yox, hələlik qiyabi cəza verilməlidir. Sonra isə, İnterpol xətti ilə axtarışa verilə bilər. Məhkəmə prosesinə, cinayətkarlara himayədarlıq edən dövlətlərin nümayəndələrinin iştirakının təmin olunması, vacib şərtdir. Bəlkə vicdanları bir az ağrıdı. Məhz, həmin dövlətlərin dəstəyi hesabına balaca bir Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, 1 milyona yaxın qaçqın, məcburi köçkünün həyatını zəhərlədi, qətliamlar törətdi. Bütün bunların kökündə, beynəlxalq hüquqa, insan haqqlarına selektiv yanaşma, ikili standartlar, geosiyasi rəqabət, regiona nəzarət uğrunda mübarizə nəticəsində baş verir. Qərbin ikiüzlü siyasətinin arxasında dayanan amillər bunlardır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90