image-2000x150
image-2backend

  Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu

image-728x90

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda hər il noyabr ayının 8-də Zəfər Günü qeyd edilir. Həmin tarix 2020-ci ilin 44 gün davam edən və Azərbaycan ordusunun erməni separatçılarının nəzarətində olan əraziləri geri alınması şərəfinə qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın 30 ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya 44 günlük müharibədə Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Vətən müharibəsində şanlı Qələbəmizi təmin edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Məhz buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- sentyabrın 27-si Anım Günü, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix- 8 Noyabr Zəfər Günü kimi təsis edilib.

Biz çox xoşbəxt xalqıq. Ona görə ki, biz məğlub xalqdan qalib xalqa çevrildik. Ona görə ki, uzun illər sonra Xankəndidə bayram keçirmək bizə nəsib oldu. Bu bizim müasir tariximizin ən böyük, ən möhtəşəm hadisəsidir. 8 noyabrda Xankəndidə keçirilən paradda Prezident İlham Əliyevin tədbiri qürurla keçirməsi, paradı qəbul etməsi bizə bir daha dərin fəxarət hissi yaşatdı.

Azərbaycan bu paradla bir daha bütün dünyaya danışıqlar masasında olduğu kimi həm də döyüş meydanında da nəyə qadir olduğunu sübut etdi.

Ceyhun Məmmədov

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90