Dünya Gənc Türk Yazarlar Birliyi Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyidin kitabını çap edib.
Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, layihənin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, layihənin koordinatoru DGTYB başqanı, şair İntiqam Yaşardır.
Kitabı özbək türkcəsindən uyğunlaşdıranlar filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalpdır. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin tərtib etdiyi kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalıdır.
Əkbər Qoşalının XQ-yə verdiyi məlumata görə, kitabda görkəmli ədibin müxtəlif illərdə qələmə aldığı yaradıcılıq nümunələri yer alıb. Nəfis tərtibatla işıq üzü görən kitabın qarşıdakı zamanlarda Azərbaycanda və Özbəkistanda geniş təqdimat mərasimləri nəzərdə tutulur.