image-rt-reklam
image-1backend

Dünya futbolunun əfsanələri: İki qardaşın oxşar yolu

image-728x90

İkisi də uşaqlıqdan “İnter” fanatı idilər. İkisi də “İnter”də oynamağı arzulayırdılar. Amma baxışdan yalnız Cüzeppe keçdi, Frankoya isə “bundan futbolçu olmaz” deyib qapını göstərdilər. O da çarəsiz qalıb “İnter”in qəvi düşməni “Milan”a üz tutdu və burada qəbul olundu.

Nəticə belə oldu ki, Cüzeppe normal bir futbolçu oldu, ondan artıq yox. Franko isə futbol tarixinin ən dahi müdafiəçilərindən birinə çevrildi.

Franko Barezi 1977-1997-ci illərdə 20 il “Milan” forması geydi. Cəmi 22 yaşında komandanın kapitanı oldu və sarğını 15 il daşıdı.

Altı dəfə ölkə çempionluğunu, dörd dəfə ölkə superkubokunu qazandı. Üç dəfə Çempionlar kubokunun, üç dəfə Avropa superkubokunun, iki dəfə Qitələrarası kubokun qalibi oldu. Milanın əfsanəsinə çevrilən Franko karyerasını bitirəndə daşıdığı 6 nömrəli forma dövriyyədən çıxarıldı və daha heç kəsə verilmir.

O, dünya çempionatlarında medal komplektinin hamısını (1982-qızıl, 1994-gümüş və 1990-bürünc) qazanan yeddi futbolçudan biridir. Bundan əlavə, 1988-ci il Avropa çempionatının bürünc mükafatçısıdır.

1989-cu ildə Avropanın ən yaxşı oyunçusu – “Qızıl top” mükafatının sahibi müəyyənləşəndə yalnız komanda yoldaşı Marko van Bastendən geri qalaraq ikinci yeri tutdu.

“Bundan futbolçu olmaz” deyilən oğlan belə bir karyeraya sahib oldu.

Yadigar Sadıqlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90