image-rt-reklam
image-1backend

Dünya “AKINCI”nın İrandakı bu fəaliyyətindən danışır: Hətta İsrail də…

image-728x90

“Bayraktar AKINCI”nın İranda gördüyü missiya dünya mətbuatında geniş işıqlandırılıb. Xəbərlərdə qəzaya uğrayan helikopterin yerini Türkiyə PUA-sının tapdığı diqqətə çatdırılıb.

Ulusal.az xəbər verir ki, xəbərlərdə PUA-ların texniki xüsusiyyətlərinə də yer verilib.

Rusiyanın “TASS” xəbər agentliyi helikopterin yerini Türkiyənin PUA-sı tərəfindən tapıldığını yazıb. Həmçinin, Türkiyənin koordinatları İrana çatdırdığı da bildirilib.

Hindistanın “The Daily Guardian” qəzeti “AKINCI”nın missiyasının təfərrüatlarına geniş yer verib. Xəbərdə PUA-nın qəzaya uğrayan helikopteri tapma prosesi ətraflı şəkildə açıqlanıb.

Çin mediası “CGTN” də xəbəri geniş işıqlandırıb, bu çətin anlarda Türkiyənin İrana göstərdiyi yardımı təqdir edilib.

Ərəb mediası da İrandakı missiyaya biganə qalmayıb. Mətbuatda Türkiyə PUA-larının əlverişsiz hava şəraitində uğurları yer alıb.

İsrail də Türkiyə PUA-sının uğurunu işıqlandıran ölkələr sırasındadır. “The Jerusalem Post”un xəbərlərində PUA-ların texniki göstəriciləri yer alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90