Xəbər verdiyimiz kimi, ölkəmizi Konfrans Liqasında təmsil edən “Zirə” üçüncü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubunu mübarizədən kənarlaşdıraraq pley-offa adlayıb.
Ulusal.az xəbər verir ki, “Zirə”nin qapıçısı Tiaqo Silva 5 penaltidən 4-nü dəf etməklə həm gecənin qəhrəmanı olub, həm də komandasını növbəti mərhələyə daşıyıb.
24 yaşlı qapıçı Bakı klubuna ötən il transfer olunub. Hazırda “transfermarkt” portalında Tiaqo Silvanın qiyməti 600 min avrodur.