image-2000x150
image-img-20240325-wa0015backend

DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

image-728x90

Cəlil Xəlilov: “Xüsusi xidmət orqanlarımızın əməkdaşları Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atıb”

“General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə yeni bir dönəmin başlanğıcı qoyuldu”

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramıdır. Mən öncə DTX əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin əsas məqsədi və ali mənası-cəmiyyətin azad inkişafı və çiçəklənməsidir. Milli təhlükəsizlik sistemi ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini də dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.
Milli təhlükəsizlik sistemində dövlətin təhlükəsizliyi onun təsisatlarının səmərəli fəaliyyətindən daha çox asılıdır. Bu təsisatların fəaliyyəti təkcə dövləti deyil, şəxsiyyəti və cəmiyyəti də potensial təhlükələrdən qoruyur. Daha konkretləşdirsək, dövlət həm özünü, həm də cəmiyyəti və şəxsiyyəti potensial təhdidlərdən qorumaq üçün milli təhlükəsizlik sistemi formalaşdırır. Dövlətin milli təhlükəsizlik strategiyasının əsas məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq normalara uyğun olaraq vətəndaşların hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Daha geniş ifadə etsək. milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.
Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının tarixən qonşu Ermənistan tərfindən vaxtaşırı hərbi təxribatlara, terror aktlarına məruz qalmasıdır.
Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.
Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. Bu ehtiyacların yerinə yetirilməsi üçün, rəsmi yaşayışı təmin edən, koordinasiya olunma və səylərin birləşdirilməsini təmin edən beynəlxalq təşkilatlar, terrorizmlə mübarizədə təsirli təşkilatlardır.
Beynəlxalq təşkilatlar terrorizmlə mübarizədə həlledici rola malikdir, belə ki, bu təşkilatlar, dövlətlərin fərdi səylə çata bilməyəcəkləri məlumata çata bilərlər və terrorizmlə mübarizədə olmazsa olmaz bir şərt olan beynəlxalq ictimaiyyət dəstəyini asanlıqla əldə edə bilirlər.
Terrorizmlə mübarizə, bir tərəfdən çoxdan həyata keçirməyə qoyulmuş planların əldə edilməsi, digər tərəfdən kəşfiyyatın inkişaf etdirilməsi və terrorçuların aksiyalarda istifadə etdiyi vasitələrə gedən yolun bağlanması addımları ilə bərabər zamanlı olaraq aparılmalıdır. Bütün bu hədəflərin müqavimətli və möhkəm beynəlxalq təşkilati bir quruculuq olmadan yerinə yetirilməsi qeyri-mümkündür.
Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır.
Başqa sözlə, terrorizmlə mübarizə, dövlətin təhlükəsizliyi və suverenliyi ilə bağlı həssas bir haldır. Çünki terror təşkilatları, ifadələrində bazasında silahlı mübarizə vasitə olaraq istifadə etdiklərini və dövlətdən siyasi, sosial, mədəni və digər sahələrdə addım atmasını gözlədiklərini iddia etsələr də, davamlı olaraq gücdən qidalanır və dövlətləri, öz zorakılıq şəraitlərinə çəkməyə çalışaraq dövlətin legitimliyini sual altına qoymaq istəyirlər. Bu səbəblə, siyasi bir fakt olsa da, terrorizmə qarşı mübarizə demokratik bir sistem içərisində hüquqi üsullarla aparılmalıdır.
Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bugünlərdə Moskva vilayətində “Crocus City Hall” da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dönəmdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir.
Sevindiricidir ki, Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür.
Xatırladım ki, bir müddət bundan öncə  “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir.
Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiAzərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır.
Yeri gəlmişkən, mən təhlükəsizliyimizin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin də rolunu qeyd etmək istəyirəm. Çünki bu qurum da öz fəaliyyətində böyük müvəffəqiyyətlər əldə edib, xarici mərkəzlərə bağlı şəxs və planları hər zaman vaxtında, yüksək peşəkarlıqla ifşa etməyi bacarıb.
DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin etabda – hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir.
Xüsusi xidmət orqanlarımızda cənab prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi.
General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə xüsusi xidmə orqanlarımızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu qurumla bağlı həyata keçirilən kadr və eləcə də struktur islahatları qısa zamanda öz müsbət nəticəsini verdi. DTX sadəcə regionda deyil, bütün dünyada öz peşəkarlığı ilə diqqət çəkən xüsusi xidmət orqanı kimi tanındı.
Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur.
Bir neçə gün öncə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən və yüzdən çox insanın ölümünə səbəb olan terror aktı bir neçə gün öncə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən və yüzdən çox insanın ölümünə səbəb olan terror aktı bir daha terrorun çirkin üzünü göstərməklə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının mütəmadi şəkildə artırılmasının, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını gücləndirməyin nə qədər vacib, nə qədər önəmli olduğunu sübut etdi. Həmçinin, baş verənlər sübut etdi ki, müasir dünyamızda terrorizmə qarşı effektiv mübarizə üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir.
Bildiyiniz kimi, bu terror aktından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon əlaqəsi saxlamış, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi təklifi ilə çıxış etmiş, bu təklif Kreml tərəfindən dəstəklənmişdir. Hesab edirəm ki, biz yaxın gələcəkdə region dövlətlərinin terrorizmə qarşı mübarizə məqsədi ilə daha dərin və hərtərəfli əməkdaşlığına şahid olacağıq.
Azərbaycanın terrorla bağlı mövqeyi bəllidir və hər zaman aydın şəkildə ifadə olunub. Azərbaycan dövləti, Azərbaycan xalqı terrorun hər cür təzahürünə qarşıdır və uzun illərdir ki, erməni terrorundan əziyyət çəkən ölkə olaraq buna qarşı mübarizəni həyati əhəmiyyətli iş hesab edir. Bu baxımdan əminəm ki, regionda terrorizmə qarşı aparılacaq hər cür mübarizə dövlətimiz tərəfindən də dəstəklənəcək, Azərbaycan bugünə qədər olduğu kimi bundan sonra da regionda sülhün, əmin-amanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyəcək.
Hər şeydən öncə qeyd edim ki, planlaşdırılan terror aktı bu gün də ölkəmzidə sabitliyi pozmaqda maraqlı olan, bunun üçün çalşan qüvvələrin mövcudluğunu göstərir. Görünən odur ki, Azərbaycandakı sabitlik və inkişaf, dövlətimizin öz suverenliyini təmin etməsi kimlərisə bərk narahat edir. Bu səbəbdən də onlar terror aktları ilə ölkəmizdə sabitliyi pozmağa, xof, qorxu mühiti yaratmağ çalışır.
Təbii ki, bu terror planının DTX tərəfindən ifşa edilməsi, terror aktını həyata keçirəcək şəxslərin ifşa edilməsi dövlətimizin, onun xüsusi xidmət orqanlarının uğurudur. Bu fakt bir daha sübut edir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayılq dayanıb və hər cür təhlükəni dəf etməyə qadirdir.
Mən bir daha xüsusi xidmət orqanlarımızın əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara xidmət fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!

Cəlil Xəlilov – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90