image-rt-reklam
image-1backend

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

image-728x90

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir. Mariya Zaxarova Zahirəddin İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Zahirəddin İbrahimov Agarza oğlu, 1954-cü il fevralın 22-də Lənkəran rayonunun Şaglaser kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Lənkəran Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sonra separatçı “Avesta” cəmiyyəti yaradıb. 1992-93-cü illərdə Şaglaser kəndində sovxoz direkroru işləyib. 1997-ci ildən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. 2002-ci ildə Rusiya vətəndaşlığı alıb. 2017 və 2019-cu illərdə Ermənistanda təşkil olunmuş separatçı talış konfranslarında iştirak edib.

Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib, ölkəmizdə separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nın istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o, heç də öz ağlının və zəkasının nəticəsi olaraq, doğulub boya-başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyyata daha çox meyl etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o, YouTube kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bununla yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Zahirəddin İbrahimov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərlə görüşlər və müzakirə aparıb. Bunu Zahirəddin İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Zahirəddin İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90