image-rt-reklam
image-1backend

DTX-nin həbs etdiyi “Çaqqal”dan XƏBƏR VAR – QƏRAR VERİLDİ

image-728x90

Bir müddət əvvəl diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyevin həbs müddəti uzadılıb.

Ulusal.az  xəbər verir ki, Ramiz Vəliyev Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nın təqdimatı əsasında Səbail Rayon Məhkəməsi Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Bildirilir ki, “kiçik adam sindromu”ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda – XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki “söyüş müxalifəti” ilə əlbir olaraq kompromatlar ötürüb. Vəliyev bir müddət də Livanda səfirlikdə işləyib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90