image-rt-reklam
image-4ff3598d4889457d1c7e6641075c3ad1backend

Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki… – AÇIQLAMA

image-728x90

Tanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

Ulusal.az  xəbər verir ki, Azxeber.com məsələ ilə bağlı Aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxlayıb.

O hadisə haqda ətraflı məlumat verib:

“Bu hadisə üç gün bundan əvvəl olub. “Dədə Qorqud” parkında gəzirdim. Parkda iki qadın gəzişirdi, 60-65 yaşları olardı. Anam yaşında qadınlar idi. Onlar məni tanıdı və öz aralarında mənim haqda danışmağa başladılar: Bilirsiniz ki, mən tanınmış adamam, küçədə gəzəndə hamı məni tanıyır.

Elə bu an bir oğlan yaxınlaşdı və dedi ki, sən mənim anama nə deyirdin? Mən çaş-baş qaldım və bildirdim ki, anam yaşında qadınla mənim nə işim ola bilər? Bu zaman həmin oğlan mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Aramızda söz davası oldu. Bu an gördüm ki, həmin qadın cibindən telefon çıxartdı və çəkməyə başladı. Mən artıq məsələnin nə olduğunu anladım. İnsanlar bizi aralayanda mənim telefonum düşdü və ekranı qırıldı. Hər yerdə kameralar var, tələb etdim ki, açılsın. Burada aydın görünürdü ki, bu insanların məqsədi mənə “ilişmək” idi. Parkda olan insanlar bu ailəni tanıyır. Oğlanın pis vərdişləri olduğunu dedilər. Bu hadisəni mən nəticəsiz buraxmayacam. Görüntülər var kameralarda, hamısını çıxaracağam”.

Aşıq Namiq hadisənin polis tərəfindən araşdırıldığını, lazım gələrsə məhkəməyə qədər gedəcəyini bildirib:

“Gedib polisə izahat veriblər və yazıblar ki, guya mən demişəm “yaşlı qadınsınız, sizin parkda nə işiniz var, qoyun cavanlar gəzsin”.

Bu oyunu mənə kim qurub bilmirəm. Qadın öz dili ilə deyir ki, dayan səni biabır edəcəyəm. Bu iş planlaşdırılıb. Onlara kim ixtiyar verib ki, söyüş söysünlər və məni telefona çəksinlər? Mən polisə verəcəkdim, onlar məndən əvvəl gediblər. Polisdən mənə zəng gəldi, idarəyə dəvət etdilər mən də getdim. Mən oğlanla dalaşmışam, amma qadın gedib ekspertizaya, deyib Namiq məni döyüb, telefonumu qırıb. Bu qurmadır. Mənim də əlim əzilib.

Aşıq Namiq qadına əl qaldırmadığını deyib:

“Mən qadına əl qaldırmamışam, sadəcə əlindən telefonunu almışam ki, sən niyə məni çəkirsən? İndi də bəhanə edirlər ki, mən qadının telefonunu qırmışam. Yalandan deyir ki, telefonum “İphone 14 pro max”dır. Sən də mənə onu almalısan. Polisdə gətirəndə baxıram ki, onun telefonu “iphone 11”dir. Yəni bunların məqsədi mənə o bahalı telefonu aldırmaq idi. Dava zamanı oğlan mənim boynumdakı qızıl boyunbağını da götürüb. Heç o ortada yoxdur. Hələ yanındakı qadın da deyir ki, sən pullu oğlansan, hər gün toylardasan. Bir telefon alsan, dünya dağılacaq? Bax bunların məqsədi bu idi. Gördülər ki, məndən heç nə çıxmır, indi də məni gözdən salmağa çalışırlar. Şərəf və ləyaqətim alçaldıldığına görə mən məhkəməyə qədər gedəcəyəm”.

Aşıq Namiq döyülmədiyini də deyib: “Heç kim məni döyməyib. Qələt edir məni döyən”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90