image-rt-reklam
image-3backend

Dövlətlərimizi dostluq, qardaşlıq münasibətləri birləşdirir

image-728x90

Türk Dövlətləri Təşkilatının yaradılmasında və təşkilatlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir. Bu fəaliyyət bu gün də uğurla davam etdirilir Dövlətimizin rəhbərinin Təşkilatın Dövlət başçılarının XI Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər etməsi bunun aydın ifadəsidir.
Prezident İlham Əliyev türkdilli xalqların istəklisidir və insanlar rəhbərimizə böyük hörmət və ehtiramla yanaşır, türk xalqlarının gələcək taleyi üçün ona böyük ümidlər bəsləyirlər. Səfər zamanı Prezidentimizin “Çingiz Aytmatov” ordeni ilə təltif olunması bunun əyani nümunəsidir və qırğız xalqının ölkəmizin rəhbərinə sonsuz məhəbbətindən qaynaqlanır.
Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ocağına dəvət olunması və ordenin həmin məkanda təqdim edilməsi rəmzi məna daşıyır və qardaşlığın, dostluğun sarsılmaz olduğunu göstərir. Bu həm də Azərbaycanın böyük yazıçıya göstərdiyi qayğıdan irəli gəlir. Belə ki, cənab İlham Əliyevin bildirdiyi kimi Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə hörmətlə yanaşırdılar. Bu hörmət və ehtiramın nəticəsidir ki, Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova təqdim edilmiş, Bakıda dünya şöhrətli yazıçının abidəsi ucaldılmışdır.
Azərbaycan-Qırğız dövlətlərinin birliyi, əməkdaşlığı, qarşılıqlı sağlam münasibətləri sözsüz ki, ölkələrin inkişafına, xalqların xoşbəxtliyinə, əlbəttə Türk dünyasının möhkəmlənməsinə, milli maraqların və təhlükəsizliyin təmin edilməsinə hesablanıbdır. Qırğız Respublikasına bu dəfəki səfər də bu baxımdan xarakterikdir və əlaqələrimizin genişləndirilməsi baxımından faydalıdır.”
Xalqımız da böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”, – deyən Prezident bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Azərbaycanın türk dünyası ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90