image-rt-reklam
image-1684809698_sebine-xasayeva-ggbackend

Dövlətçilik mahiyyətli çıxış dövlətçiliyə sədaqətlə dinlənildi

image-728x90

İkinci Qarabağ müahribəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Məğlub Ermənistan üçtərəfli Bəyanat imzalamağa məcbur oldu. Lakin xarici siyasəti işğalçılığa söykənən Ermənistan Bəyanatın şərtlərinə əməl etmir, Xankəndidə və hələ işğalda qalan ərazilərdə fəaliyyət göstərən erməni silhalı qruplaşmaları müxtəlif miqyaslı təxribatlar törətməyə cəhdlər göstərir, ərazidə mina müharibəsini davam etdirirdi. 2020-ci ilin sentyabr döyüşlərində də məğlub olan Ermənistan niyyətindən əl çəkmirdi. 2023-cü ilin 19 sentyabrında başlayan və çox qısa müddətdə (23 saatdan bir qədər çox) davam edən döyüşlərdə Ermənistan ağ bayraq qaldırdı. Ağdərə, Əsgəan, Xankəndi də işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalandırıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində nitqində Azərbaycanın mühüm təşəbbüslərin müəllifi olduğunu, güclü iqtisadiyyatın müstəqillik olduğunu, Silahlı Qüvvələrimizlə haqlı olaraq qürurlandığımızı, Qələbənin bizimlə əbədiyyən qalacağını, … xatırlatdı. Dövlət başçımızın “30 il ərzində xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir, Xocalı soyqırımı” fikirləri tarixin yaşanılmış bir dövrünün xatırladılmasıdırsa, “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik” qüruru ordumuzun qüdərtinə əminliyin dəyişməz düsturu kimi tarixləşdi…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin dünyanın nizamını düzəltdiyini bildirərək qeyd etdi ki, “Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq”…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərində çıxışı hər bir azərbaycanlının vətənsevərliyini kükrətdi, hərbi qulluqçuların hərbi xidmətində əlavə stimula döndü. Bir vaxtlar Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi uğrunda ermənilərin apardığı siyasi (sonralar hərbi) mübarizənin qərargahlarından olan Xankəndi şəhərində belə bir mötəbər tədbirdə Vətən müharibəsinin qalib Sərkərdəsinin dövlətçilik mahiyyətli çıxışı Azərbaycan dövlətçiliyinə böyük sədaqətlə dinlənildi, bu səviyyədə də tarixləşdi…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90