image-2000x150
image-endirme-3backend

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

image-728x90

Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur:”Hər bir Azərbaycan gənci hər şeydən çox,hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir”Bəli hər bir Azərbaycan gənci Azərbaycanını düşünməlidir.Bu gün biz gənclərin borcudur ki,vətənimizi,tariximizi,adət-ənənələrimizi qoruyaq və ən gözəl şəkildə gələcək nəsillərə ötürək.Bizim məqsədimiz,amalımıx vətənimizçün çalışıb xeyirli bir gənc olmaq olmalıdır.Bir vətəni qoruyan daha çox gənclərin borcudur.

Ümumiyyətlə,Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi:
1.Milli mənəvi dəyərlərimizin qorunmasına gənclərin rolunu artırmaq,gənc nəsilin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək
2.Gənclərin elmi,intelektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək
3.Gənclərin təşkilatlanmasının təmin etməklə onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək
4.Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların hissini formalaşdırmaq
5.Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq
Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib.Bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının,xüsusən ön sıralarında 200 mindən çox gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzərinə məsul vəzifələr düşür.Bəşəriyyət tarixində hər bir xalq özünəməxsus şəkildə ölkəsində sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir.Məsələyə bu baxımdan yanaşdıqda gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri olduğunu deyə bilərik.Hər şeydən əvvəl,bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı,həmdə xarici işğalçıkara qarşı milli azadlıq mübaribələrində təşəkkül tapmışdır.
Biz gənclər bir olub əl-ələ vətənimizçün çalışmalıyıq,onu dahada zirvələrə qaldırmalıyıq.Mən Fəxr Edirəm ki,Qalib Ölkənin,Qalib Gənciyəm!

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
NAZƏNİN DADAŞOVA

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90