Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fiziki şəxs Rasim Səlim oğlu Rzayevlə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə ARKA Rasim Rzayevdən ofis icarəyə götürmək istəyir. İcarə haqqı olaraq sahibkara 550 755 manata ödəniləcək. Ofisin sahəsi 824 kv.metr, icarə müddəti isə 15 aydır.
Rasim Rzayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımı araşdırma zamanı məlum olub ki, Rasim Rzayev cari ildə ARKA-nın tenderi də daxil olmaqla 4 satınalma müsabiqəsinin qalibi seçilib.
Bu tenderlərdən ikisini Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsalı Tikinti və Təchizat” MMC, birini isə “Daşkəsən Dəmir Filiz” MMC keçirib. Bütün tenderlər icarə xidməti ilə bağlıdır.
Beləliklə, aydın olur ki, Rasim Rzayev təkcə 2025-ci ildə dövlət qurumlarından ofis icarəsi ilə əlaqədar 1 544 034,5 manatlıq sifariş alıb.























