image-rt-reklam
image-2backend

Dövlət Komitəsinin sədri ABŞ-da Yuta Senatının prezidenti ilə görüşüb

image-728x90

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Həmçinin, 2023-cü ilin avqust ayında Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladığı Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu və dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.

Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq mühiti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşaması məqsədi dayanır. Komitə sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modelinin formalaşdığını qeyd edib. O, Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını vurğulayıb. Komitə sədrinin sözlərinə görə, bu baxımdan, İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı, dövlətin dinlərarası tolerantlıq və bərabər münasibət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Ramin Məmmədov, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini Azərbaycana səfərə dəvət edib.

Dəvəti minnətdarlıqla qəbul edən Adam Stüart, əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib və ölkəmizdəki multikultural dəyərlər və dinlərarası harmoniya mühitinin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycan Prezidentinin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına verdiyi töhfələri yüksək qiymətləndirib.

Görüşdə həmçinin, Azərbaycan-ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Yuta Ştatının senatorları Kirk Kollimor və Mayk Makkel də görüşdə iştirak ediblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90