image-rt-reklam
image-1backend

“Dövlət büdcəsindən kinoya vəsaitin ayrılmaması milli kinoya mənfi təsir göstərə bilər” -VİDEO

image-728x90

“Dövlət büdcəsindən kinoya vəsaitin ayrılmaması inkişafın ilkin mərhələsində olan milli kinoya mənfi təsir göstərə bilər”

Ulusal.az xəbər verir ki, bu fikirləri İctimai TV-nin “Sabaha Saxlamayaq” proqramında Milli Məclisin deputatı, İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə səsləndirilib.

Aparıcı: Kino xadimləri belə fikir səsləndirirlər ki, bu şəxslər iqtisadçılardır, onlar kinonu bilmirlər.Biz iqtisadçılarla danışanda isə onlar məsələyə başqa cür yanaşırlar, deyirlər ki, bəs bu məsələnin maliyyə tərəfini kim hesablamalıdır?

Ona görə biz müzakirəmizi məhz sizinlə başlayacağıq ki, Əlibala müəllim, siz parlamentdə həm Mədəniyyət komitəsinin üzvüsünüz, həm də İqtisadiyyat. Məhz, ona görə istəyirik sizin fikrinizi bilək ki, bütün bu danışılanlarda kim haqlıdır?

Əlibala Məhərrəmzadə: Eyni zamanda hər bir formatda, hər iki tərəfin yanaşmasımda bir haqq var. İqtisadçılarda göstəricilər ən önəmli formatlardan biridir.,rəqəmlər danışır. Həmin göstəricilər də rəqəmlərlə ölçülür. Yəni, həmin o rəqəmlərdə ki, bu il pul ayrılmasa, hansısa bir formada kino inkişaf edəcək və həmin istənilən məbləğ qədər bir vəsait hesabda var.

Amma eyni zamanda biz həmin məsələni Mədəniyyət komitəsində də müşahidə edəndə görürük ki, bu, qalıq pul, kifayət qədər çəkilən filmlərin faiz nisbiliyindən qalan puldır. Yəni, bir müəyyən hissəsi avans dəyərlər ödənilib və avansdan sonra qalan pullar yəni onlar hamısı hansısa şirkətlərə müəyyən bir müddətdən sonra ödənilməlidir. Onda bu artıq qalan vəsait deyil, bu öhdəlikdir. Kino Agentliyinin öhdəliyidir və ona görə də belə bir anlaşmazlıq baş verib. Amma mən qeyd etmək istəyirəm ki, bu gələcəkdə nüanslar ortalığa çıxa bilər.Bizim əsas, ən önəmli məsələmiz bu industriyanı inkişaf etdirməkdir. İndustriya inkişaf etdirmək üçün tək o rəqəmlərlə kifayətlənməməliyik. Bizim bugün o rəqəmlərdən savayı çox işlərimiz var. Yəni, ən azından bir yol xəritəsi formalaşmalıdır.

Son iki ildə bu industriyada kifayət qədər tərpəniş var. Kifayət qədər bu industriyada iş yerləri açılıb, yeni nəsil formalaşır və yeni texnologiyalara yiyələnirlər. Bugün kinomuz artıq ola bilsin ki, o qədər də peşəkar deyil, amma artıq peşəkar mühitə yaxınlaşan bir industriya, kino ənənəsi yaranır.

Təbii ki, o ənənə yaranan məqamda maliyyəsini kəsmək çox da xoş hal deyil. Ümumilikdə bu proses gedir və o prosesin getməsi üçün də 50-dən çox film çəkilir və o filmlərin hamısının arxasında böyük bir ənənə var. İndi gildiyalar yaranır. Amma mən düşünürəm ki, daha çox təşviq etməliyik. Məsələn, bizdə həmin bu kino sahəsinin bir nömrəli problemlərindən biri kadr çatışmazlığıdır. Biz nəzəriyyəsini belə düşünürük ki, necə ki, Türkiyə Təhsil Naziriyi bu sektorda xaricdə təhsili təşviq edir. Biz kinoya da həmin o formatı yönətməliyik.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90