Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev son vaxtlar Qərbdən Azərbaycana qarşı yönələn təzyiqlərə münasibət bildirərkən səsləndirib. Millət vəkili diqqətə çatdırıb ki, ələlxüsus, dünyaya ağalıq etmək istəyən qüvvələr, Azərbaycanın 44 günlük müharibədə və ondan sonra Xankəndində üçrəngli bayrağımızı ucaltmağımızı həzm edə bilmirlər:
“Onlar hesab edirdilər ki, Azərbaycan hansı ölkələrlə əməkdaşlıq etməli, qonşularla, ümumiyyətlə bütün atdığı addımlarla bağlı mütləq məsləhətləşməli, həmin qüvvələrlə razılaşdırmalıdır. Yanılırlar, Azərbaycan 90-cı illərin kasıb, geridə qalmış ölkəsi deyil. Kimlərinsə yardımlarına ehtiyac da yoxdur. Zatən, 30 ildən artıq bir müddətdə, ciddi yardımlar da görmədik. Ermənilərin xarabazara çevirdikləri əraziləri də, hər hansı xarici yardım olmadan öz gücümüzə bərpa edirik. Təki mane olmasınlar”,-deyə Nəsib Məhəməliyev vurğulayıb.