image-rt-reklam
image-1backend

Dostlarından 1 milyon oğurlayıb mərcdə uduzdu: Sonra da polis şöbəsinə gələrək…

image-728x90

“Vaqner” döyüşçüsü dostlarından təxminən bir milyon rubl oğurlayıb, mərdə uduzub və polisə təslim olub.

Publika.az xəbər verir ki, “RİA Novosti” bu barədə tanış olduğu iş materiallarına istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, hər şey 2023-cü ilin martında başlayıb. Həmin gənc müharibə zonasından qayıdıb və həyat yoldaşı ilə Moskvada yaşayan dostunun evində məskunlaşıb. Dostlar bəzən pul üstündə mübahisə edir, amma tez də barışırmışlar. Günlərin bir günü döyüşçünün dostları evə külli miqdarda pul gətirirlər. Bir neçə gün sonr döyüşçü oğlan onların pulu gizlətdikləri yeri tapır və 900 min rubl götürərək bukmekerə qoyur və mərclərdə uduzur.

Bundan sonra keçmiş “Vaqner” döyüşçüsü özü polis şöbəsinə gələrək təslim olub. O, məhkəmədə, günahını tam etiraf edib və güya bu yolla ailə büdcəsini artırmaq fikrində olduğunu bildirib. Bundan təsirlənən dostlar onun cəzalandırılmamasını xahiş ediblər. Lakin hakim əsas məbləğdən əlavə ondan 500 min rubl ödəməyi tələb edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90