Kike Salas başına iş açıb. “Sevilya”nın futbolçusu mərc dələduzluğuna görə həbs olunub.
İspaniya mətbuatının məlumatına görə, o, dostlarının mərc oyunlarında pul qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. 22 yaşlı ispaniyalı müdafiəçidən başqa ona yaxın olan daha iki şəxslə bağlı istintaq aparılır. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış milli polis bölməsi tərəfindən aparılır. Bu araşdırma ötən mövsümün son oyunları ilə bağlıdı.
Xatırladaq ki, Salas 2023/24 mövsümündə La Liqada meydana çıxdığı 23 oyunda 3 qol vurub və 10 sarı vərəqə alıb. Maraqlıdı ki, rəsmi xəbərdarlıqların 7-si son 9 oyunda qeydə alınıb. Təqsiri sübut ediləcəyi halda Kike 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər. Onun bu mövsüm “Sevilya”nın heyətində 16 matçda iştirak etdiyini də xatırladaq.