image-rt-reklam
image-1backend

“Dondurulmuş formada gətirilən ət islami qaydalara uyğun kəsilmir”

image-728x90

“Azərbaycana həm dondurulmuş ət, həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri islami qaydalara qaydalarına uyğun kəsilmir”.

Bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu il həqiqətən də ət idxalını artırmaq haqqında düşünülür:

“Ona görə ki istehsal azalıb. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi ət istehsalında artım statistikası göstərir. Bu artım ölkəyə gətirilən diri heyvanların hesabınadır. Diri heyvanların idxalında artım 2.1 dəfədən çoxdur.

İdxal edilən heyvanlar ölkə daxilində kəsimə verilir və daxili istehsal kimi göstərilir. Buna görə də ət istehsalında artımdan danışılır.

Son vaxtlar Qazaxıstan da çalışır ki, Monqolustandan ucuz heyvan əti idxal etsin. Xüsusən, qoyun əti. Qazaxıstan adambaşına Azərbaycandan 2 dəfədən də çox ət istehlak edir. Ölkəmoizdə illik ət istehlakı 42 kiloqram, orada isə 80 kiloqrama yaxındır. Digər tərəfdən, idxal olunan diri heyvanları da nəzərə alsaq, adambaşına 35 kiloqram ət istehsal edirik, Qazaxıstan isə 78 kiloqram istehsal edir.

Qazaxlar indi çalışır ki, qoyun ətinin bir hissəsini Monqolustandan gətirsinlər. Monqolustan həm Qazaxıstana yaxındır, həm də ət qiyməti ucuzdur. Hətta onlar diri heyvan da idxal edə bilərlər. Amma bizim üçün məsafəni nəzərə alsaq, bu baha başa gələr. Bu baxımdan, Azərbaycan nə qədər çalışsa da, Monqolsutandan ət idxalını artıra bilməyəcək”.

Ekspert qeyd edib ki, istər dondurulmuş ətlərin, istərsə də diri heyvanların idxalına ciddi nəzarət olunmalıdır:

“Azərbaycana həm dondurulmuş ət, həm də kəsim üçün diri heyvan idxal edilir. Dondurulmuş formada gətirilən ətlərin heç biri islami qaydalara qaydalarına uyğun kəsilmir.

Bu formada idxal olunan ət daha çox Braziliya, Rusiya, Ukrayna və Hindistandan gətirilir. Yəni heç birində heyvanların kəsimi İslam qaydalarına uyğun həyata keçirilmir. Xüsusən Monqolustandan gətirilən heyvanların ətinin keyfiyyəti Azərbaycanda istehsal olunan ətin keyfiyyəti kimi deyil. Azərbaycanda istehsal olunan heyvanların əti digər ölkələrdən gətirilən heyvanların əti ilə müqayisədə çox keyfiyyətlidir. Monqolustandan gətirilən ət dad və qoxu baxımından fərqlənir. Bu əti istehlakçılar bir o qədər də yüksək dəyərləndirmirlər.

Yerli heyvanın əti ilə müqayisədə qiyməti çox ucuzdur. Kiloqramı 13-14 manata təklif olunsa da, yenə bir o qədər maraq yoxdur. Ola bilsin ki, bu ətlər bir sıra marketlərdə yerli istehsal ət kimi satılır. Amma insanlar bir neçə dəfə alandan sonra hiss edir ki, həmin dadı vermir.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən heyvan ətini ciddi nəzarətdən keçirməlidir. Hətta həmin ölkələrdə kəsim prosesinə bir müddət nəzarət edilməlidir. Üstəlik bilməliyik ki, kəsilən heyvan xəstədir, ya yox. Çıxdaş olunmuş heyvanlar da kəsilib bizə göndərilirmi?

Ola bilsin həmin ölkələrdə vəhşi heyvanlar kəsiləcək heyvana zərər yetirib yaxud dişləyib. Bunlar hamısı ciddi məsələlərdir. Belə halların baş verməməsi üçün çox ciddi nəzarət lazımdır. Bir müddət əvvəl Gürcüstanda xırdabuynuzlu heyvanlar arasında xəstəliklər geniş yayılmışdı, Azərbaycana idxal dayandırıldı.

2 il əvvələdək xırdabuynuzlu heyvanların idxalı daha çox Gürcüstandan edilirdi. İndi yəqin ki, qonşu ölkədən az sayda heyvan gətirilir. Monqolustan isə ictimaiyyətə elə də açıq deyil. Biz bilmirik ki, orada hansı xəstəliklər yayıla bilər. Ona görə də ciddi nəzarət olunmalıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90