“Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, Sumqayıtda bir çox yataqxanada insanlar çətin şəraitdən əziyyət çəkir.
“Sumqayıtda elə insanlar var ki, 40 ildir həmin yataqxanalarda yaşayır. Onların bəzisində böyük bir ailə bir otaqda yaşayır. Ölkə Prezidentinin tapşırığı ilə bu istiqamətdə dövlət proqramı hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı daha tez maliyyə ayrılsın” “, – T. Mirkişili əlavə edib.