image-rt-reklam
image-1backend

Diqqətlər Türkiyədə: Bu gün tarixin ən bahalı derbisi var

image-728x90

Bu gün Türkiyə Superliqasında 25-ci tura yekun vurulacaq.

Ulusal.az xəbər verir ki, turun son matçında Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbağça” üz-üzə gələcəklər. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qarşılaşma ilə bağlı 2 maraqlı məqam var. Biri Türkiyə Futbol Federasiyasının (TFF) İstanbul derbisini, ümumilikdə Superliqada bir matçı ilk dəfə əcnəbi hakimə tapşırmasıdır. Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Üstəlik, İstanbul derbisi Türkiyə futbol tarixinə ən bahalı derbi kimi düşəcək. Buna səbəb hər iki komandanın futbolçularının ümumi dəyərinin 519,23 milyon avro olmasıdır. “Qalatasaray” 277,23 milyon avro, “Fənərbağça” isə 242 milyon avrol dəyərindəki futbolçularla meydanda olacaq.

Bu görüş turnir cədvəli baxımından da önəmlidir. “Sarı qırmızılar” 63 xalla liderdir. “Fənər” isə 6 xal geri qalır. Matçın nəticəsi çempionluq mübarizəsinə ciddi şəkildə təsir göstərə bilər.

Türkiyə Superliqası, 25-ci tur
24 fevral
21:00 Qalatasaray – Fənərbağça
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
“Rams Park” stadionu.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90