image-rt-reklam
image-1backend

“Diplomsuz cərrahlar, lisenziyasız klinikalar… – cinayətkar mənəm?”

image-728x90

“Mən bu həyatda çox şey görmüşəm… amma bu qədər qızıl-qırmızı böhtan, bu qədər ləyaqətsizlik görməmişdim”.

Ulusal.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O, qeyri-qanuni fəaliyyətləri ifşa etdiyinə görə təzyiqlərə məruz qaldığını bildirib:

“Gülşüm Əliyeva – cərrah deyilsən, tibb diplomun yoxdur, amma əməliyyat aparırsan. Əhsən. VMR Klinikası – lisenziyası yoxdur, amma klinika kimi işləyir. Möcüzə!

Və nə baş verir? Dövlət ard-arda cərimələr yazır. Sonra da başlayır sual-sual: “Bəs bu cərimələri kim ifşa elədi?” – Mən! Kim olacaqdı ki?

İndi isə nə deyirlər? Guya mən onlardan 50 min rüşvət istəmişəm. Niyə? Çünki demişəm ki, cərrah olmaq üçün cərrah diplomu da gərəkdir. Çox cəsarətli fikir olmuş, etiraf edirəm.

Məktubu da aparıblar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə – sübut filan yoxdur, amma guya “şikayətçidirlər”. Əla! İndi belə çıxır ki,
– Klinikada lisenziya yoxdursa – günah Qənirədədir,
– Həkim olmadan əməliyyat aparılırsa – günah yenə Qənirədədir,
– Dövlət cərimə yazırsa – demək Qənirə rüşvət alıb.

Yeni bu ölkədə qanunsuzluqları ifşa edən yox, ifşa edənə qarşı kampaniya aparmaq dəbdə. Mən artıq nə ifşaçıyam, nə jurnalist – “cinayətkaram”, çünki doğruları demişəm.

Oxuyun məktubu. Gülmək istəyənə komediya, düşünmək istəyənə faciədir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90